1 C
Baku
Saturday, December 14, 2024

Balaxanı Sənaye Parkının rezidenti ABŞ-a məhsul ixrac etmək istəyir

Balaxanı Sənaye Parkının rezidenti “Alphavood” MMC istehsal etdiyi kompozit materialları ABŞ-a ixrac etməyi nəzərdə tutur. Bunu MMC-nin Baş direktoru Tural Orucov deyib.

Bildirilib ki, şirkət iki il əvvəl ABŞ-a kompozit materiallar ixrac edib və hazırda yenidən ixracın həyata keçirilməsi üçün danışıqlar aparılır. Danışıqların gedişatından asılı olaraq, ixracın həcmi müəyyən ediləcək.

Baş direktorun sözlərinə görə, müəssisənin planları sırasında kompozit lövhələrinin istehsalı da var. Sifariş olduğu təqdirdə, bu məhsulların da xarici ölkələrə ixracını təmin etmək olar.

Son xəbərlər
Digər xəbərlər