28.3 C
Baku
Tuesday, June 25, 2024

Balıq və okean

Okeanda adi bir balıq yaşayırdı. Lakin bir dəfə bu balıq Okean haqqında çox şey eşitdi və qərara aldı ki, bütün həyat gücünü toplayaraq ora gedib çıxsın. Balıq bir çox müdriklərə müraciət etməyə başladı. Onlar isə öz növbəsində onu dəstəkləmək üçün çoxlu sayda cəfəngiyat danışdılar.

Belə ki, bir “müdrik” ona Okeana çatmaq üçün ilk öncə xüsusi üzmək tərzlərini öyrənməli olduğunu başa saldı. Başqa bir balıq Okeana gedən yolun balıqlar aləminin öyrənilməsindən sonra tapıldığını dedi. Digəri isə Okeana çatmağın həddindən artıq çətin olduğunu və ora çox az sayda balığın gedib çıxa bildiyini dedi.

Və nəhayət bütün bunlardan bezən balıq yosunlara tərəf üzməyə başladı. Burada o olduqca qəribə bir balıqla qarşılaşdı. Bu qəribə balıq onun çətinliklərlə bağlı narazılığını dinlədikdən sonra dedi:

-Sənin axtardığın Okean həmişə sənin yanında olub və olacaq. O həmişə öz sakinlərini qoruyur, qidalandırır və əhatə edir. Və bunu bilməsən də sən özün də bu okeanın bir hissəsisən. Okean həm sənin daxilində, həm də xaricindədir və sən onun ən sevimli parçasısan.

Son xəbərlər
 ⁠
Digər xəbərlər