Latviya, Litva və Estoniya NATO – nun hərbi fəaliyyəti üçün hava məkanını açacaq.
Bu bəyannamə iyunun 11-də Şimali Atlantika Alyansının sammitində imzalanacaq .
“Sənəddə qeyd olunur ki, müttəfiqlərə Baltikyanı ölkələrin hava məkanından çəkindirmə tədbirləri, gücləndirilmiş nəzarət və genişmiqyaslı təlimlər üçün məhdudiyyətsiz istifadə etmək imkanı verilir”, – deyə məlumatda bildirilir.
Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin alyansın 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitində iştirak edəcəyini açıqlamışdı .
Bundan əvvəl Almaniyanın “Bild” nəşri bir neçə mənbəyə istinadən yazıb ki, Zelenski NATO-nun qarşıdan gələn sammitində alyansa üzv olan bütün ölkələrin başçılarına ölkəsini təşkilata qəbul etmək xahişi ilə açıq müraciət etməyi planlaşdırır.