13 C
Baku
Friday, April 19, 2024

Baltikyanı ölkələr və Polşa rusların ölkəyə girişini bağlayır

Əllərində etibarlı Şengen vizası olan Rusiya Federasiyası vətəndaşları bazar ertəsi saat 00:00-dan etibarən Litvaya daxil ola bilməyəcəklər. Belə ki, Litva Seyminin sentyabrın 13-də qəbul etdiyi qərar qüvvəyə minir. Ona əsasən, Ukraynada baş verənlərlə əlaqədar olaraq, fövqəladə vəziyyət dekabrın 15-dək uzadılıb və Rusiya vətəndaşlarının ölkəyə girişi bağlanıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bu norma Polşa və digər Baltikyanı ölkələr tərəfindən də dəstəklənir. Eyni zamanda, Vilnüs qadağadan kənar ölkəyə buraxılacaq Rusiya vətəndaşlarının kateqoriyalarını da açıqlayıb. Bu, Rusiya diplomatlarına, müxalifət nümayəndələrinə, digər Aİ ölkələrinə daşımaları həyata keçirən şirkətlərin əməkdaşlarına, habelə üzv ölkələrdə etibarlı yaşayış icazəsi təqdim edə bilən və ya üzv ölkələrin vətəndaşı olan şəxslərin ailə üzvlərinə aiddir.

 Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin məlumatına görə, avqustda Rusiya Federasiyasının 83 min vətəndaşı Baltikyanı respublikanın sərhədini keçib, o cümlədən Kalininqrad vilayətinə. 861 nəfər Şengen Məcəlləsinin tələblərinə əməl etmədiyi üçün Litvaya buraxılmayıb.

Son xəbərlər
Digər xəbərlər