16 C
Baku
Thursday, May 2, 2024

Banan ölkəyə öncəki ildən daha ucuz idxal olunur, lakin marketlərdə qiymət 6.5% bahalaşıb

Azərbaycana 2022-ci ilin ilk səkkiz ayında idxal olunmuş bananın qiyməti öncəki illə müqayisədə ucuz başa gəlib. Bu barədə Banker.az-ın rəsmi statistika rəqəmlərinə istinadən xəbər verir.

Qeyd edilir ki, ilin ilk səkkiz ayında Azərbaycana xaricdən 37.63 min ton həcmində banan idxal edilib. Bunun da idxal dəyəri  $26.9 milyondur.

İdxal həcmi miqdarla ifadədə ötən ilin eyni dövründən 9% artıb.

Bananın bir kiloqramının orta dəyəri 2022-ci ilin yanvar-avqsut aylarında 71 sent (1.21 manat) olub. Bu öncəki ildə 72 sent idi.

Banın 99%-i Cənubi Amerika ölkəsi Ekvadordan idxal edilir.

Qeyd edək ki, banan Ekvadorun ixracının üçüncü ən böyük valyuta gətirən məhsuldur. 2021-ci il ərzində ölkə xaricə $3.5 mlrd.-lıq banan ixrac edib.

YERLİ BAZARDA QİYMƏT

Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli bazarda banının bir kiloqramı sentyabrda 2.57 manat təşkil edib. Bu da öncəki aydan 6.5% bahadır. Belə ki, avqusta qiymətlər 2.41 manat/kq təşkil edirdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər