Azərbaycanın kredit bazarında 8 ildir fəaliyyətdə olan bank olmayan kredit təşkilatının rəhbərliyində təyinat olmuşdur.
Banker.az xəbər verir ki, Quzey Zeynalov BOKT “İnternational” QSC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.
O, 2016-cı ilin oktyabrından 2021-ci ilin avqustuna qədər “Turan Bank” ASC-nin dörd – Qazax, Gəncə, Zaqatala və Tovuz filiallarının müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb.