Azərbaycanda əsasən korporativ yönümlü bankların sırasında olan “Bank Avrasiya” ASC fiziki şəxslər üçün depozit faizlərini həm manatda həm də ABŞ dollarında faiz dərəcələrini endirməli olub.
Banker.az-ın monitorinq qrupu bildirir ki, kommersiya bankı bazarda 3 depozit məhsulu ilə çıxış etdiyi – “Klassik”, “Yığım” və “Rahat” adlı depozit məhsullarının faiz dərəcələrini azalıb.
Məsələm, “Klassik” depozitin illik faiz dərəcəsini manatda 12%-dən 10%-ə, dollarda isə 3%-dən 2,5%-ə qədər azaltmalı olub.
“Yığım” depozitinin illik faiz dərəcəsini isə milli valyutada qəbulunda artıq 7% deyil, bundan sonra 5% cəlb etməyi planlaşdırır.
Digər “Rahat” depozit məhsulunun isə illik faiz dərəcəsini isə milli valyutada 6%-dən 4%-ə endirməli olub.
Xatırladaq ki, son günlərdə kommersiya banklarının əksəriyyəti milli və dollar valyutasında faiz dərəcələri endirirlər. Bununla bağlı məlumatlar Banker.az saytının Depozitlərlə bağlı bölməsində qeydlər var.