-1 C
Baku
Sunday, December 15, 2024

“Bank Avrasiya” hesabatı: zərər edib, depozitlər geri çəkilib

“Bank Avrasiya” ASC 2021-ci ilin sonuna olan yarımillik maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan bəlli olur ki, bankın balans hesabatındakı bir sıra nəticələr “ürəkaçan” deyil.

Bankın aktivlərinin həcmi 2021-ci il daxil olandan bu tərəfə 6.51 mln. manat, yaxud 4.1% azalma yaşayıb və birinci yarımilin sonuna 153.19 mln. manata qədər azalmışıdır. Bankın aktivlərinin 25.62 mln. manatı nağd vəsaitlər (ilin əvvəli ilə müqayisədə: -19.5%), 11.6 mln. manatı qitmətli kağızlar (-14.6%), 4.93 mln. manatı digər bank və maliyyə qurumlarına verilən kredirər (+8.3%), 122.86 mln. manatı isə müştərilərə verdiyi kreditlər (+9.1%) olmuşdur.

“Bank Avrasiya” aktivlərində olan banklar və digər maliyyə institutlarındakı depozitlərin 2.91 mln. manatını tam geri çəkib, əmlak və avadanlıqlarının isə yeni qiymətləndirilməsinə görə həcmi 3.23 mln manat olmuşdur (42.9% azalma).

1 iyul 2021-ci il tarixinə bankın öhdəlillərinin həcmi ilin əvvəli ilə müqayisədə 3.2% azalma ilə 85.76 mln. manata düşüb. Öhdəliklərində 39.84 mln. manat depzitlər təşkil edir ki, bu da son altı ay ərzində 9.5% azalma deməkdir. Depozitlərinin 33.21 mln. manatı fiziki şəxslərin olub (son altı ayda 6.6% azalma) və 6.63 mln. manatı isə hüquqi şəxslərin (21.5% azalma) vəsaitləri təşkil edir.

Qeyd edək ki “Bank Avrasiya” 2021-ci ilin yanvar-iyun yarımilini 3.93 mln. manat zərər edib.

Bank Avrasiya ASC

Maliyyə vəziyyəti haqqında hesabat

Hesabatlılıq dövrü: 30.06.2021

Yenilənmə tarixi:   22.07.2021
Hesabat dövrü Ötən ilin sonu
1 Aktivlər: 153194.69 159703.73
1.1 Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 25620.59 31817.61
1.2 Ticarət və investisiya qiymətli kağızları 11602.38 13586.60
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər 0 2908.89
1.4 Banklar və digər maliyyə institutlarına verilən kreditlər 4935.10 4558.50
1.5 Müştərilərə verilmiş kreditlər 122863.34 112616.33
1.5.1 a) istehlak kreditləri 7910.23 7496.05
1.5.2 b) biznes kreditləri 71343.19 64017.29
1.5.3 c) daşınmaz əmlak kreditləri 43609.92 41102.99
1.5.4 d) digər kreditlər 0 0
1.5.5 Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 18065.42 14626.81
1.5.6 Müştərilərə verilmiş kreditlər (xalis) 104797.92 97989.52
1.6 Əmlak və avadanlıqlar 3234.49 5661.80
1.7 Qeyri-maddi aktivlər 282.48 304.60
1.8 Təxirə salınmış vergi aktivləri 45.09 45.09
1.9 Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 226.19 148.33
1.10 Digər aktivlər 2902.83 2979.44
2 Öhdəliklər: 85763.46 88556.13
2.1 Depozitlər 39845.71 44028.10
2.1.1 a) fiziki şəxslərin depozitləri 33212.16 35575.37
2.1.2 b) hüquqi şəxslərin depozitləri 6633.54 8452.72
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 0 0
2.3 Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 44090.76 43567.41
2.4 Borc qiymətli kağızları 0 0
2.5 Cari vergi öhdəlikləri 85.79 83.43
2.6 Təxirə salınmış vergi öhdəliyi 0 0
2.7 Subordinasiya borc öhdəlikləri 0 0
2.8 Digər öhdəliklər 1741.20 877.19
3 Kapital: 67431.23 71147.60
3.1 Səhmdar kapitalı 50000 50000
3.2 Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) 0 0
3.3 Bölüşdürülməmiş mənfəət 15312.56 19241.12
3.4 Ümumi ehtiyatlar: 2118.67 1906.48
3.4.1 a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar 1746.92 1669.38
3.4.2 b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar 0 0
3.4.3 c) digər ümumi ehtiyatlar 371.76 237.10
4 Cəmi öhdəliklər və kapital 153194.69 159703.73
Son xəbərlər
Digər xəbərlər