10 C
Baku
Wednesday, December 11, 2024

“Bank Avrasiya” istehlak kreditinin faizlərini endirir

“Bank Avrasiya” ASC Azərbaycan Mərkəzi Bankının ötən həftənin cümə günü faiz dərəcəsinin azaldılması xəbərinə ilk reaksiya verən bank olub.

Banker.az bildirir ki, bankda daşınmaz əmlak girovunun təqdim olunması ilətəqdim edilən “Sərbəst kredit” məhsulunun illik ödəniş dərəcəsini 18%-dən 16%-ə qədər endirib.

Bank bundan sonra 16,17 və 18% dərəcəsi ilə kredit verəcəyini təklif edir. Bununla belə istehlak kreditinin güzəşt müddətinin 6 aya qədər uzadılmasını da təklif edir.

Bank 1 aprel 2020-ci il tarixinə əsasən 8.4 mln. manatlıq istehlak krediti portfelinə sahibdir. Halbuki ilin əvvəli ilə müqayisədə 2.4 dəfə artım deməkdir. “Bank Avrasiya” cari ilin ilk rübündə isə real sektora, yəni, biznes kreditlərini isə azaldaraq 60.2 mln. manata qədər azaltmışdı.

Bankın səhmləri “Yevro Standart” MMC (37.5%), “PMD Group” MMC (37.5%) və “AzBiznesKom” MMC  (25%) adlı şirkətlərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər