1 C
Baku
Saturday, December 14, 2024

“Bank Avrasiya” istehlak kreditlərini cəlbedici etməyə çalışır

“Bank Avrasiya” ASC Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair azaltma qərarından sonra kredit faizlərinə “əl gəzdirən” ikinci bank olub.

Banker.az-ın xəbərinə görə, “Bank Avrasiya” fiziki şəxslər üçün nəzərdə tutduğu istehlak kreditinin illik faiz dərəcəsini 25%-dən 20%-ə qədər azaltmalı olub.

Bundan əlavə Bankdan daha bir addım kreditin maksimum verilmə müddətinin 24 aydan 36 aya qədər artırılması olub.

Qeyd edək ki, bankda maksimum 10 min manat məbləğində istehlak krediti almaq mümkündür. Kommersiya bankı əsasən dövlət və özəl müəssisələrdə (təşkilatlarda), bələdiyyə orqanlarında, təhsil və səhiyyə sahələrində çalışan əməkdaşlar və təqaüdçülər üçün istehlak krediti təqdim edir. 

Digər bir dəyişiklik isə “Sərbəst” kreditin illik faiz dərəcəsini 20%-dən 18%-ə qədər azaltmalı olub.

Son xəbərlər
Digər xəbərlər