“Bank Avrasiya” ASC sərt karantin rejminin tətbiq edildiyi 2020-ci ilin ikinci rübü ərzində 1.72 milyon manat zərər etdiyi ortaya çıxıb.
Banker.az bu barədə bankın cari ilin 2-ci rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, cari ilin yanvar-iyun ayları ərzində ümumi götürdükdə isə 1.58 mln. manatlıq zərər edib.
Buna səbəb bankın cari ilin 6 ayı ərzində cəmi 5.41 mln. manat faiz gəliri əldə edib. Halbuki öncəki ildəkindən 6% az olması deməkdir.
“Bank Avrasiya”nın faiz xərcləri t 1.04 mln. manat faiz xərci, 0.77 mln. manat qeyri-faiz gəliri və 2.32 mln. manat faiz xərci edib, bu da bankın 2.83 mln. manat əməliyyat mənfəət etməsi deməkdir.
Əlavə olaraq 4.4 mln. manat bank problemli kreditlər üzrə ayırmalar etdiyindən bankın zərəri ilin ilk yarımilliyində 1.58 manata qədər yüksəlib.
Bu zərərin ardından banın bölüşdürülməmiş mənfəətinin həcmi 18.02 mln. manatdan 16.44 mln. manata düşüb. Bankın kapitalının həcmi 67.81 mln. manat, bunun 50 mln. manatı nizamnamə kapitalıdır.
Bank kiçilib…
“Bank Avrasiya”nın aktivlərinin həcmi son yarımildə 5%-dən çox azalmaqla 161.2 mln. manata düşüb. Aktivlərinin 107.22 mln. manatı kredit portflidir, bu da ilin əvvəli ilə müqayisədə 1.9% artmalı olub.
Portfelin istehlak kreditləri 143.6% artımla 8.46mln. manata, biznes kreditləri 8.5% azalma ilə 57.76 mln. manata və daşınmaz əmlak üzrə kreditləri 4% azalma ilə 41 mln. manat təşkil edib.
Bankın depozitləri 11.1% azalma ilə 47.85 mln. manata düşüb. Depozitin 40.4 mln . manatı fiziki şəxslərdən və 7.46 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilən vəsaitlərdir.