Azərbaycanda fəaliyyət göstərən “Bank Avrasiya” ASC “Qlobal Marketing Qrup” MMC (GMG)-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bank müraciət edərək şirkətin ona maddi ziyan vurması və buna görə onun şirkətdən tutulmasını xahiş edib.
20 dekabrda 2019-cu il də 1 saylı BİİM-də verilən qərara əsasən isə “Bank Avrasiya”nın tələbinin təmin edilməməsi ilə bağlı qətnamə qəbul edib.
Lakin, bundan narazı qalan bank bu dəfə Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Ötən ilin ortalarında bu növ iki qurum arasında çəkişmə baş vermişdi.
Qeyd edək ki,GMG Azərbaycan bazarında 2007-ci ildən IT şirkəti kimi fəaliyyət göstərir.