7 C
Baku
Sunday, December 15, 2024

Bank BTB 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladı

Bank BTB 2022-ci il üzrə maliyyə göstəricilərini təqdim etdi. Bank hesabat tarixinə aktivlərini bir qədər də artıraraq 374 199.99 min manat səviyyəsinə çatdırdı, bu isə ötən illə
müqayisədə 3.4% artım deməkdir.

İlin nəticələrinə görə faiz gəlirləri ötən illə müqayisədə 4.5% artaraq 26 791.74 min manat
təşkil etmiş və yekunda 441.86 min manat əməliyyat mənfəəti əldə etmişdir. Əhali kütləsinin etibarını qazanan bank ənənəvi olaraq bu il də depozit portfelininin artımına
nail olmuş və ümumilikdə 2021-ci ilin yekunları ilə müqayisədə 8% artım nümayiş
etdirmişdir və 159 224.50 min manat olmuşdur.

İl ərzində 123 302.337 min manat həcmində verilmiş kreditlərin böyük hissəsi biznes
subyektlərinə ayrılmışdır ki, bu da bankın strateji hədəflərinə uyğun olaraq həyata
keçirilmişdir. Belə ki, ümumi satışın 16%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri,
29%-ni istehlak kreditləri, 55%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib.
Bununla da kredit portfeli 6% artaraq 276 860.232 min manat təşkil etmişdir.
Eyni zamanda qeyd etmək istərdik ki, bank kredit portfelinin dayanıqlılığının artırılması
məqsədilə cari ilin yanvar ayından etibarən 5 822 79 min manat ehtiyat yaratmışdır. Bu da
gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən
tədbirdir.

Hesabat dövrünə bankın məcmu kapitalı 53 772.30 min manat təşkil etmişdir ki, bu da
bankın prudensial normalara tam uyğun olduğunu göstərir. Bankın ani likvidlik əmsalı
123.09% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 4 dəfə çoxdur.

Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə
korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən
şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və
Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp
(https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946
nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər