Bank “BTB” adını dəyişərək BOKT-a çevrilir

Bank “BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişir.

Banker.az xəbər verir ki, bank adını və təşkilati-hüquqi formasını dəyişərək “”T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edir.

Xatırladaq ki, “Bank BTB” ASC ilə aktivlərinin məbləğinə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB-nin onların depozitlərini geri qaytarması təmin olunacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər