17 C
Baku
Saturday, May 4, 2024

Bank BTB-dən 7.5% ilə biznes krediti

®Bank BTB Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik və orta bizneslə məşğul olan sahibkarlara dəstək olmağa davam edir. Belə ki, SİF-in dəstəyi ilə verilən biznes kreditləri 7.5%-lə, 12 ay güzəşt müddəti olmaqla 3 ilədək təklif olunur. Layihə üzrə kreditlərin  maksimum məbləği 3 mln AZN təşkil edir.

Qeyd edilən biznes krediti pandemiyadan zərər çəkmiş şəxslərə təqdim edilir. Nəzərinizə çatdıraq ki, Bank BTB layihə çərçivəsində sahibkarlara 5 mln AZN-ə yaxın kredit vermişdir.

Güzəştli kredit əldə etmək istəyən şəxslər Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər