“Bank BTB ” ASC daha yüksək bazar seqmentinə keçirilib.
Bu barədə BFB-dan Banker.az-a daxil olan məlumatda deyilir.
“Bakı Fond Birjasının yenilənmiş Listinq qaydalarının tələblərinə əsasən “Bank BTB” ASC alternativ bazar seqmentindən standart bazar seqmentinə keçirilmişdir”, – deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, “Bank BTB”-nin nizamnamə kapitalı 66,45 mln. manat olmaqla səhmlərinin 74,99% Nigar Mehdiyeva, 19,01% Rza Sadiq və 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.