“Bank BTB” ASC 2019-cu ilin ilk rübündə kredit portfelini 12% və depozit portfelini isə 55% böyüdə bilib.
Banker.az bu barədə Bankın 2019-cu ilin yanvar-mart aylarına olan rüb hesabatına istinad edir.
1 aprel 2019-cu il tarixində, bankın müştərilərə verdiyi kreditlərin həcmi 171,28 mln. manat, ümumi müştərilərdən cəlb etdiyi əmanətlərin həcmi isə 107,71 mln. manat olub.
Hazırkı göstəriciyə əsasən “Bank BTB”nin cəmi aktivləri 291,09 mln. manat, cəmi öhdəlikləri isə 238,2 mln. manat təşkil edir.
Xatırladaq ki, “Bank BTB” ASC-nin 66,45 mln. manatlıq nizamnamə kapitalına 3 fiziki şəxs, yəni, Nigar Mehdiyeva (75%), Rza Sadiq (19%) və Tükəzban Mahmudova (6%) səhmdar kimi pay sahibidirlər.