2 C
Baku
Saturday, December 14, 2024

Bank BTB-nin yeni “Gənclik” filialı fəaliyyətə başlayıb®

Bank BTB müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Bakıda  yeni “Gənclik” filialını açıb.

Bankın yeni “Gənclik” filialı Həsənoğlu küçəsi, bina 12, blok “C” ünvanında fəaliyyət göstərir. 

Yeni filial müasir standartlara cavab verən avadanlıqlarla və vahid korporativ interyer dizayn elementlərilə təchiz olunub və filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

“Gənclik” filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətlərini göstərir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.

Filialın açılış mərasimində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov bildirib ki: “Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində əsas diqqət və resurslarını müştəri xidmət keyfiyyətinin müasir tələblərə uyğun, seçilən səviyyəyə çatdırılması, satış kanallarının təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi məsələlərinə fokuslayıb. Biz sözügedən prosesləri sistemli şəkildə həyata keçiririk. Əsas məqsədimiz müştərilərimizi yüksək xidmət səviyyəsi ilə təmin etməkdir.”

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtbwww.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər