2 C
Baku
Saturday, December 14, 2024

Bank BTB pul köçürmə imkanlarını genişləndirərək UPT sisteminə qoşuldu

®Müştərilərin maksimum rahatlığını düşünərək sərfəli tariflərlə dünyanın bir çox ölkəsinə pul vəsaitlərinin köçürülməsini təmin etmək məqsədilə Bank BTB Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan UPT (Universal Payment Transfer) ilə əməkdaşlığa başlayıb.

           UPT pul vəsaitlərinin sürətli köçürülməsi üçün universal ödəniş sistemidir, dünyanın 200-ə yaxın ölkəsində yerləşən 400 mindən çox xidmət məntəqəsilə fəaliyyət göstərir. UPT sistemi vasitəsilə vəsaitləri TRY, EUR və USD valyutalarında göndərmək və almaq mümkündür. Vəsaitlər istər Türkiyənin bütün şəhərlərinə, istərsə də Avropanın bir çox ölkələrinə göndərilə bilər. Tariflərlə buradan tanış ola bilərsiniz: bit.ly/upt-tarifler 

           Xidmətin rahatlığı hesab açmadan, şəxsiyyət vəsiqəsi ilə Bank BTB-nin filiallarına yaxınlaşaraq, vəsaiti alan şəxsin adını qeyd etməklə göndərmə imkanının olmasıdır.    

           UPT sisteminin əsas üstünlükləri:

  • Sürətli köçürmə;
  • Sərfəli tariflər; 
  • Valyuta seçimi imkanı;
  • Etibarlılıq, təhlükəsizlik;
  • Rahat istifadə qaydaları.

               Bankımızın bu və digər məhsul və xidmətləri ilə bağlı hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə, həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi 5 gün  müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər