12 C
Baku
Wednesday, December 11, 2024

“Bank BTB”nin Müşahidə Şurasına təyinat

“Bank BTB” ASC-nin Müşahidə Şurasına daha bir təyinat olub.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Ramin Hüseynov Şəhadət oğlu Müşahidə Şurasının üzvü seçilib.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr təhsili alıb. 2013-2014-cü illərdə ABŞ-nin “The George Washington University”də maliyyə üzrə magistr təhsili alıb. 2004-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində müxtəlif vəzifələrdə çalışıb.  2008-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

2015-2021-ci illər ərzində tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb. 2021-2023-cü illər ərzində Access Bank QSC-nin İdarə Heyəti Sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsində fəaliyyət göstərib. 2023-2024-cü illərdə Bank BTB ASC-nin Müşahidə Şurasının Sədrinin müşaviri kimi çalışıb.

2024-cu ilin 27 mart tarixindən Bank BTB ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

R.Hüseynov ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.

Son xəbərlər
Digər xəbərlər