Təbiət insanın fitrətinə hamının qeydinə qalmaq tələbatı bəxş etmişdir.
Mark Avreli
Zəncirvarı reaksiya uğurun başlıca prinsiplərindən biridir. Onun təsir qüvvəsi nüvə partlayışında olduğu kimidir. Reaksiyanı işə salmaq kifayətdir ki, siz iri addımlarla uğura doğru gedəsiniz. Bu qaydalar özünü biznes həyatında da doğruldur. Heç bir biznes onu təşkil edən hissəciklərdən, yerləşdiyi məkandan, ətraf aləmdən və cəmiyyətdən kənarda inkişaf edə bilməz. Biznesin böyüməsi üçün onun əməkdaşlarının loyallığı, gəlirlərinin dayanıqlı olması, sağlam mühitin və ictimai rifahın mövcudluğu zəruridir. Uzunmüddətli perspektivlərə istiqamətlənmiş bütün bizneslər bu amili dərk edir və daşıdıqları korporativ sosial məsuliyyəti yerinə yetirməyə çalışırlar.
Korporativ sosial məsuliyyət – (KSM) – bizim ölkə üçün kifayət qədər yeni olan bir anlayışdır. Lakin bununla yanaşı, o artıq uzun müddətdir ki, Qərbdə aktiv şəkildə inkişaf edir və müasir sivil biznes üçün bir norma hesab olunur. Bu terminin bir neçə tərifini vermək mümkündür, amma onların arasında KSM-i daha dəqiq xarakterizə edən belə səslənir: KSM elə bir konsepsiyadır bu zaman kompaniya cəmiyyətin maraqlarını nəzərə alır və öz fəaliyyətinin müştərilərə, istifadəçilərə, əməkdaşlara, tədarükçülərə, səhmdarlar, yerli cəmiyyətə və ümumiyyətlə maraqlı olan tərəflərə, həmçinin ətraf aləmə göstərdiyi təsirə görə məsuliyyəti öz öhdəsinə götürür.
“Sosial məsuliyyətli biznes” – kommersiya uğuruna elə yollarla nail olmalıdır ki, bu zaman etik prinsiplərə dəyər verən, insanlar, cəmiyyətə və ətraf aləmə qayğı ilə yanaşan metodlar tətbiq edilsin. KSM deyəndə məsuliyyətli biznes yanaşmasının tətbiqi başa düşülür, bu yanaşmalar biznesə fayda gətirməli, sosial, iqtisadi və ekoloji dayanıqlı inkişafa dəstək göstərməli, biznesin cəmiyyətə pozitiv təsirlərinin maksimallaşdırılmasına, neqativ təsirlərin isə minimuma endirilməsinə çalışmalıdır.
Bu anlayışı nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, KSO özündə aşağıdakıları əhatə edir:
– Kompaniyanın öz partnoyorları ilə münasibətdə məsuliyyəti;
– Istehlakçılara münasibətdə məsuliyyətlilik;
– Öz əməkdaşlarına münasibətdə məsuliyyətlilik;
– Kompaniyanın ekoloji məsuliyyəti
– Kompaniyanın bütünlükdə cəmiyyət qarşısında məsuliyyəti
Həmçinin qeyd etmək vacibdir ki, KSM-in başlıca xarakterik cizgisi -könüllülükdür, faktiki olaraq xeyriyyəçiliyin sinonimidir. Mahiyyət etibarı ilə biznes kompaniyanın daxili və xarici ortamı qarşısındakı məsuliyyətini dərk edir və öz gəlirlərinin bir hissəsini ictimai ehtiyaclara sərf edir.
Məsələn, yəqin ki, hamınız ketçupu kəşf etmiş Amerika iş adamı Con Henri Hayntsı tanıyırsınız. 19-cu ərsin əvvəllərində Amerikanı kütləvi tətil dalğası bürümüşdü, o cümlədən də Haynts kompaniyasının baş qərargahı yerləşən Pitsburq şəhərində işçilər ilə işəgötürənlər arasında qanlı qarşıdurmalar baş verirdi. Endryu Karneginin zavodunda baş verən toqquşmada isə 10-dan artıq fəhlə həlak olmuşdu. Qarşıdurmalara son qoymaq istəyən Pensilvaniya qubernatoru şəhərə qoşun yeritməli oldu.
Hayntsın əməkdaşları isə heç zaman həyatdan, əmək şəraitindən şikayət etmirdilər. İndi isə onların həyatı daha dəbdəbəli olmuşdu. İşçilərin bir neçə fasilə müddəti var idi, bu zaman onların fabrikin damındakı qış bağçasında dincəlirdi. Tərəvəzlərin təmizlənməsi ilə məşğul olan qadınların barmaqlarını həftədə bir dəfə manikür edirdilər. Fabriklərdə maraqlara uyğun dərnəklər və hətta xor fəaliyyət göstərirdi. Bütün bunlar isə ictimaiyyətin gözündən uzaq ola bilməzdi. Jurnalistlər ona daha bir təxəllüs ilə mükafatlandırmışdı: paternelizmin atası (Əmək münasibətlərində paternalizm əlavə imtiyazlar, müavinətlər, güzəştlər sistemidir, bu kadrların möhkəmlənməsi, istehsalın yüksəlməsi, gərginliyin azalması məqsədi ilə müəssisələrdə tətbiq edilir). Ketçup isə gündən-gün məşhurlaşaraq milli amerikan ədviyyatı adını aldı. Çünki əməkdaşlara qarşı münasibət öz təzahürünü şirkətin məhsullarında tapırdı.
Bu gün dünyada KSM daha yeni bir mərhələyə çatıb. KSM reputasiyasına görə şirkətlərin reytinqi tərtib edilir. Bu zaman nəzərə alınan meyarlar əsasən aşağıdaklardır. Şirkətlərin enerji səmərəliliyi, təbiətə vurulan ziyanın minimuma endirilməsi, sosial yönümlü tədbirlər.
Bu ilin əvvəlində, mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Reputation Institute qlobal konsaltinq şirkəti 15 fərqli bazara məxsus 55 000-dən artıq istehlakçını dünyanın 100 ən reputasiyalı kompaniyası reytinq araşdırmasında iştirak etməyə dəvət etmişdir – qlobal şəbəkəyə malik bu şirkətləri çoxmillətli bizneslərdir. Araşdırma üzə çıxarmışdır ki, insanların kompaniyalar haqqındakı fikirlərinin 41%-i onların, yəni firmanın, CSR-i, yəni öz sosial məsuliyyətini necə qavramasından asılı olur. Kompaniyanın bütünlükdə reputasiyası baxımından nə qədər önəmli olduğunu nəzərə alan Reputasiya İnstitutu ayrılıqda KSM reputasiyası üzrə reytinq tərtib etməyi qərar vermişdir. Bu da ilk 10-luq.
KSM reputasiyasına görə ən qabaqcıl şirkətlər
[soliloquy id="10821"]
Maliyyə təşkilatlarının yaşıl bankçılıq istiqmətində gördüyü isə işlər isə onların KSM missiyalarının bir hissəsini təşkil eidr. Bloomberg agentliyi üçüncü dəfədir ki, dünyanın ən yaşıl banklarının reytinqini tərtib edir. Bu reytinq maliyyə təşkilatlarının təmiz enerji istehsalına etdiyi investisiyaları və həmçinin tullantı və karbon izlərini azaltmaq istiqamətində gördüyü səyləri qiymətləndirir. 2012-ci ildə “yaşıl bankçılıq” fəaliyyətinə həm də ABŞ külək-enerji istehsalında edilən vergi güzəştlərinin, həmçinin Avropadakı investisiyalara edilən vergi endirimlərinin başa çatması da təsir göstərib. Xarici investisiyalar verilən balların 70%-ni təşkil edilib. Daxili dayanıqlılıq səyləri isə 30% qiymətləndirilib
Azərbaycanda hər hansı bir bankı yaşıl adlandırmaq olmaz. Amma enerji səmərəliliyi istiqamətində bu il ilk addım atılmışdır.
2013-cü ililn martında AccessBank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 4.2 ABŞ dolları məbləğində kredit sazişi imzalandı. Bu vəsait ümumi sahəsi 9840 kv metr olan Bankın baş ofisinin yenidən qurulmasına sərf ediləcək. Qeyd etmək lazımdır ki, vəsait ümumi layihənin gerçəkləşməsi üçün tələb olunan məbləğin yalnız 30%-ni təşkil edir, vəsaitin qalan hissəsini Bank özü maliyyələşdirəcək və bununla da Azərbaycanda ilk “yaşıl ofis” görmək mümkün olacaq. Məişətdə enerji səmərəliliyinin təmin edilməsi üzrə Azərbaycanda ilk belə təşəbbüs hesab edilən layihəyə qabaqcıl enerji texnologiyaları (məsələn, səmərəli HVAC sistemləri, yüksək keyfiyyətli istilik izolyasiya sistemləri və enerji idarəçiliyi və s) cəlb ediləcək ki, bu da məişət və kommersiya məqsədilə ekoloji cəhətdən rasional binaların inşa edilməsində yüksək standartların tətbiqini təmin edəcək.
Amma AccessBankın korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi layihələr bununla məhdudlaşmır.
[soliloquy id="10861"]
Əbəs yerə deyilməyib ki,
Yaxşılıq karların eşidə bildiyi, lalların isə danışa bildiyi dildir.
Bu sözləri AccessBank-ın 2013-cü il ərzində Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində həyata keçirdiyi bir sıra tədbirlərlə bağlı demək olar. Onların içərisində diqqətimi ən çox cəlb edən «Gələcək uşaqların gözü ilə» adlı layihədir. Bu layihəni Bankın «Binəqədi» filialı Caspian Compassion Project şirkəti ilə birlikdə gerçəkləşdirib. Görmə qabiliyyətinin müxtəlif problemlərindən əziyyət çəkən 70 uşaq pulsuz müayinədən və diaqnostikadan keçirilib. Aparılan məsləhətləşmələrin nəticələri əsasında görmənin korreksiyasına ehtiyacı olan 25 uşaq seçilib. Layihənin icrasına başlandığı vaxtdan etibarən Caspian Compassion Project şirkətinin Robert Sercent və Qəmər Əliyeva kimi yüksək ixtisaslı cərrahları tərəfindən Gəncə şəhərində artıq 20 əməliyyat keçirilib. Qalan 5 uşaq Bakı şəhərində əməliyyat olunub.
Daha bir maraqlı layihə isə “özünə inan” adlanır. “Sumqayıt” filialında Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində fiziki qüsurlu şəxslərin rəsm əsərləri və digər əl işlərindən ibarət sərgi təşkil edilib və nümayiş olunan əsərlər arasında müsabiqə keçirilib. Müsabiqənin əsas şərti təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif janrlarında (rəssamlıq, xalçaçılıq, toxuculuq, tikmə, muncuq düzmə və s.) AccessBank-ın loqotipinin hazırlanması olub. Müsabiqənin qalibləri mükafatlandırılıb, bütün iştirakçılara hədiyyələr verilib. Nümayiş olunan işlər hərraca çıxarılıb və əldə olunan vəsait həmin əsərlərin yaradıcılarına yönəldilib. Oxşar tədbirlər Bankın Xaçmaz və Bərdə regionlarındakı fiallarında da baş tutub.
Bankın “Elmlər Akademiyası” filiali isə Yasamal rayon Əlillər Cəmiyyəti ilə birlikdə fiziki imkanları məhdud olan gənclər üçün yay düşərgəsi təşkil edib. Üç gün davam edən layihə çərçivəsində 15 əlil gənc, valideyn və müəllim heyəti ilə birlikdə Nabranda xüsusi hazırlanmış təlimlərdə iştirak edib.
Bu tipli layihələr fiziki qüsurlu insanların yenidən cəmiyyət inteqrasiyası baxımında olduqca vacib rol oynayır.
Maraqlı tədbirlər sırasında, “Jurnalistikada yeni nəsil”, Azərbaycanın şimal-qərb regionunda məktəb yaşlı qızlar arasında futzal turniri, “Karyera məktəbi” layihələrini qeyd etmək olar. Bundan əlavə Bank Şəkidə aztəminatlı ailədən olan 11 nəfər şagirdin bir illik təhsil haqqının maliyyələşməsini öz öhdəsinə götürüb.
Bütün bu layihələrdə Bank həm maddi, həm də canlı resurslarını səfərbər edir, layihələrdə bilavasitə bankın öz əməkdaşları iştirak edir. Yerli və beynəlxalq layihələrə qoşulmaqla bank qarşısına qoyduğu missiyaya nail olmağa hədəflənir. Bankın missiyası bank xidmətlərinin göstərilməsi üzrə dünya standartlarına və korporativ etika prinsiplərinə riayət etməklə bazarda lider mövqeyi tutan nüfuzlu və uğurlu universal maliyyə institutu olmaqdır.
Davamlı inkişafa doğru yol
Həyatda tutduğumuz mövqedən daha çox hansı istiqmətdə hərəkət etməyimiz əhəmiyyət kəsb edir.
Holms
Biznesdə də hazırkı gəlirlərdən çox, gələcək gəlirlərə və davamlı inkişafa istiqmətlənmək vacibdir. Bu gün əksər banklar daha çox istehlak kreditlərinə meyllidir ki, bu da yeni dəyər yaratmır. Davamlı inkişafa nail olmaq üçün biznes sahələrinə yatırım etmək lazımdır, təkcə mərkəzdə deyil, həm də regionlarda. Bu regionların, qeyri neft sektorunun və kənd təsərrüfatının inkişafına, işsizlik probleminin həllinə nail olmağın əsas üsullarından biridir.
2013-cü ilin birinci ölkənin qeyri-neft sektorunda 14779.2 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 57%-dən çoxu sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.
Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü
Bu baxımdan da həmişəki kimi mikromalilyyə təşkilatları daha çox rol oynayır. Bu gün kredit əldə edən xırda müəssisələr gələcəkdə iri biznesə çevrilmək imkanı qazanırlar. Yatırım edilən biznesin böyüməsi ümumilikdə iqtisadiyyatın böyüməsidir ki, bu da gələcəkdə Bankın özünün də böyüməsinə gətirib çıxarır və beləliklə də zəncirvari reaksiya öz işini görmüş olur.
Müəllif: Könül Soltanova
Bu yazı AccessBank tərəfindən keçirilən «Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu» mövzusunda keçirilən müsabiqə üçün hazırlanıb. .