9 C
Baku
Thursday, December 12, 2024

Bank faizləri endirilir?

Kredit faizlərinin aşağı salınması üçün hansı addımlar atılmalıdır?

Mütəxəssislərin fikrincə kredit faizlərinin yüksək olmasının bir sıra səbəbləri var. Bura həm bankdaxili, həm də bank xarici amillər daxildir. Bank daxili amillərdən biri əmanətlər üzrə faiz dərəcələrinin yüksək olması göstərilir. Çünki kredit portfelinin təxminən yarısı əmanətlər hesabına formalaşır. Mütəxəssislər təklif edirlər ki, Mərkəzi Bank kredit faizlərinin aşağı düşməsini banklardan tələb etmək üçün ilk növbədə onlara verdiyi mərkəzləşdirilmiş kreditlərin həcmini artırmalıdır. Ən əsası bu vəsaitdən bütün banklar yararlanmalıdır. Qeydiyyat dərəcəsi isə hətta 2%-ə qədər endirilə bilər. Digər amil isə xaricdən ucuz maliyyə resursunun cəlb edilməsidir.

İqtisadçı Samir Əliyev deyir ki, şirkətlər 2-3 fazilə xaricə yönəltdikləri vəsaitlərinin müəyyən bir hissəsini Azərbaycan Banklarına yönəltsə onda Azərbycan Bankları zəruri resursla təmin oluna bilər.

Amma bu məsələdə fikirlər fərqlənir. Mərkəzi Bank, eləcə də bir sıra başqa ekspertlər neft pullarının ölkəyə gətirilməsini məqbul saymırlar. Mərkəzi Bank bundan əvvəl sığortalanan əmanətlərin faizini 9%-ə, qeydiyyat dərəcəsini 3,5%-ə salıb. Amma bu addımlar kredit faizlərində özünü əhəmiyyətli dərəcədə göstərməyib.

Tənzimləyici orqan faizləri aşağı salmaq üçün addımları gələn il də davam etdirəcək. Əsas hədəf xüsusilə biznes kreditlərinin faizini birrəqəmli səviyyəyə çatdırmaqdır.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər