12 C
Baku
Wednesday, December 11, 2024

Bank Gülnarə Kərimovanın pullarını “yumaq”da ittiham olunur

İsveçrənin “Lombard Odier” bankı Özbəkistandan göndərilən çirkli pulların yuyulmasında şübhəli bilinir. İsveçrənin Federal prokurorluğu faktla bağlı cinayət işi açıldığını bəyan edib. Söhbət keçmiş Özbəkistan prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimovaya məxsus pullardan gedir.Hələlik neçə nəfərin bu əməliyyata cəlb olunduğu bəlli deyil. İsveçrə prokurorluğu bu cinayət işi barədə rəsmi qaydada fevralın 23-də açıqlama verib.
 
“Reuters” agentliyinin məlumatına görə, Cenevrədə yerləşən “Lombard Odier” bankı 1796-cı ildə yaradılıb.Bank rəhbərliyi 2012-ci ildə banka qanunsuz pul köçürülməsindən şübhələndiyinə görə, pulyuma əməliyyatlarını araşdıran xüsusi orqanlara müraciət edib və bir neçə ildir ki, araşdırma aparılır.
 
“Reuters” yazır ki, bankın mətbuat xidməti Özbəkistandan qanunsuz pul köçürülməsi ilə bağlı bir neçə ildir ki, istintaq aparılmasını təsdiqləyib və bankın hüquq-mühavizə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.
 
Qeyd edək ki, İsveçrənin Baş Prokurorluğu eyni məsələ ilə bağlı 2013-cü ildən Gulnara Karimovaya qarşı cinayət işi açıb. ABŞ-ın “Wall Street Journal” qəzetinin yazdığına görə, İsveçrə prokurorluğunun əməkdaşları 2016-cı il dekabrın 9-10-da hakimiyyətin təyin etdiyi vəkil Qrequar Manjeaanın (Grégoire Mangeat) iştirakı ilə Karimovanı sorğu-sual edib.Daşkəntdə keçirilən proses ümumilikdə 23 saat sürüb. İsveçrə 2012-ci ilin yayında Gulnara Karimovaya məxsus 800 milyon dollarlıq bank hesablarını dondurduqdan sonra bu, prokurorluq əməkdaşlarının onunla ilk görüşüdür. Hələ atasının prezidentliyi dövründən ev dustağı olan Gulnara Karimova hazırda eyni şəraitdə saxlanır.
Son xəbərlər
Digər xəbərlər