-3 C
Baku
Sunday, December 15, 2024

Bank sektorumuz aprel ayında 224 mln. manatlıq xalis mənfəət əldə edib

30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,769.1 mln. manat, cəmi öhdəlikləri isə 25,349.3 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,419.8 mln. manat olub.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir.

Aktivlər

Aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.4% (110.9 mln. manat) artaraq 8,093.9 mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8,625.2 mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3,155.5 mln. manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5,469.7 mln. manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2% (278 mln. manat) artaraq 1,727.7 mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

Balans kapitalı

Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1 mln. manat) artaraq 4,419.8 mln. manata çatıb.

Mənfəət və zərər

Aprel ayında bankların əməliyyat mənfəəti 288.4 mln. manat, xalis mənfəəti isə 347.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8%, kreditlər üzrə faiz gəlirləri isə 18.2% artıb. Bu isə o deməkdir ki, banklar təkcə aprel ayı ərzində 224 mln. manatlıq xalis mənfəət əldə ediblər.

Ümumi məlumatlar

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı     2,544 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım aprel ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1.3% (233 nəfər) artaraq 17,982  nəfər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər