2014-cü ili Qafqaz İnkişaf Bankı 259 900 manat ziyanla başa vurub. Həmçinin vergilər ödənilənədək xalis mənfəəti -253 400 manat təşkil edib.
Banker.az bankın səhifəsində yer alan hesabatına istinadən xəbər verir ki, ötən ilin yekun nəticələrinə əsasən bankın aktivləri 147 milyon manat olub. Bankın öhdəlikləri 83,5 mln manat, kredit portfeli isə 128 mln manat təşkil edib.