Azərbaycanda 2020-ci ilin dekabr ayında bank işçilərinin sayı 18 708 nəfər olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin noyabr ayında isə bank sektorunda çalışan işçilərin sayı 18 630 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə ötən ilin dekabr ayında 78 nəfərin artması deməkdir.
2019-cu ilin dekabrında isə bank işçilərinin sayı 19 460 nəfər olub. Aylıq müqayisədə artım olsa da, illik müqayisədə ötən il bank işçilərinin sayı 830 nəfər azalıb.
Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.