Yarandığı gündən daim yenilikləri ilə gündəmə gələn CDB Bank Novruz ərəfəsində də ənənəsinə sadiq qaldı. Bu həftə banka daxil olan hər bir müştəri fərqli mənzərə ilə rastlaşır. Belə ki, artıq bir neçə gündür bank əməkdaşları vətəndaşlara milli geyimlərdə xidmət göstərirlər və bu proses həftə sonuna qədər davam edəcək. Bank sektorunda ilk olaraq CDB Bank əməkdaşları tərəfindən atılan bu addım müştərilərdə bayram təəssurat yaratmaq, milli mənəvi dəyərlərimizi, adət ənənələrimizi təbliğ etmək məqsədi daşıyır.
Bayram sürprizləri bununla bitmir. Bankın təqdim etdiyi “Kart Mart” layihəsi bayram günlərində vətəndaşların rahatlıqla alış veriş etməsinə hesablanıb. Həmçinin bu kart vasitəsi ilə müştərilər ölkəmizin dilbər guşələrinə, eləcə də ölkədən kənara rahatlıqla səyahət edə bilərlər.
Daha ətraflı məlumatı 1545 qısa nömrəsinə zəng vurmaqla və ya www.cdbbank.az saytından əldə edə bilərsiniz.