9 C
Baku
Thursday, December 12, 2024

Bank istrahət günləri işləyəcək

Kapital Bank-ın Nərimanov Kart Mərkəzi bu həftənin şənbə və bazar günləri də işləyəcək. Mərkəz iş günlərində olduğu kimi saat 9:00-dan, 18:00-dək fəaliyyət göstərəcək.

 

Paytaxtın Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 ünvanında yerləşən Nərimanov Kart Mərkəzindən Bankın Binəqədi, Şuşa, Nərimanov, Nəsimi, Cəfər Cabbarlı, Yasamal, İçəri Şəhər, Səbail və Xətai filiallarının müştəriləri Bakı şəhər Təhsil İdarəsinin əmək haqqı kartlarını, həmçinin sosial, pensiya və digər kartları əldə edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər