10 C
Baku
Friday, December 13, 2024

Bank kartından çıxılmış pulların qaytarılması mümkün olduğu 5 hal

 

  1. Pul hər hansısa fırıldaqçı tərəfindən oğurlanıb

Bank kartı ilə fırıldaqçılıq hadisələrinə demək olar ki, hər gün rast gəlinir. Bu,  sizin öz günahınız ucbatından (məsələn, bank işçisi olduğunu iddia edən tanımadığınız bir insana məhvi kodu demək) və ya sizin birbaşa iştirakınız olmadan baş verə bilər (məsələn, başqa bir ölkədə yerləşən ATM-dən skimming cihazı vasitəsi ilə pulun çıxarılması).

Nə etmək lazımdır?

Bu cür hallarda ilk 24 saat ərzində banka oğurluq barədə məlumat vermək məqsədəuyğundur. Bunu telefon vasitəsilə və ya ofisdə gedib edə bilərsiniz. Daha sonra, polis məntəqəsinə gedib hadisə barədə ərizə yazmağınız vacibdir. Bu məsələdə günahkar olduğunuz təqdirdə, çox güman ki, pulu geri qaytarmaq mümkün olmayacaq. Əks halda, bu hadisədə sizin heç bir günahınızın olmadığı aşkara çıxarılarsa, pulun geri qaytarılması ehtimalı çox yüksəkdir.

Nəzərinizdə saxlayın:

  • kartınızı kiməsə verməyiniz və onun PİN-kodu barədə tanımadığınız şəxslərə məlumat verməyiniz məsləhət görülmür.
  • kartda böyük məbləğdə pul saxlamayın.
  • qəfildən sosial şəbəkələr vasitəsi ilə sizdən onlara pul köçürməyinizi istəyən dostlara və tanışlara inanmayın

 

  1. Alış-verişin ödənişini etdikdən sonra mağaza sizə məhsulu göndərməyib

Elə düşünürsünüz ki, yalnız Aliexspress mağazası sizə gəlib çatmayan məhsula görə pulunuzu geri qaytarmalıdır? Yox. Bunu bütün digər şirkətlərdə etməlidirlər. Belə halda pulun qaytarılması сhargeback adlanır. Bu aşağıdakı hallarda mümkündür:

  • kart vasitəsi ilə aldığınız məhsul sizə gəlib çatmayıb
  • siz məhsulu qaytardınız, satıcı isə sizə pulu yox
  • məhsulun qiyməti ilə sizin kartınızdan çıxılan məbləğ fərqlidir
  • internet-sifarişinin ödəniş əməliyyatı bir neçə dəfə həyata keçirilib
  • siz bu ödənişi təsdiq etməmişdiniz

Nə etmək lazımdır?

Şikayət barədə bankla əlaqə saxlayın, orada ödənişin məbləğini və şikayətin səbəbini göstərin. Bunu məhsulun sifariş verildiyi tarixdən etibarən 120 gün ərzində etsəniz daha məqbul olar. Geri qaytarmalar 30-45 gün ərzində mümkündür (beynəlxalq köçürmələr üçün daha çox gözləmək lazımdır).

  1. Kartınızdan pul bir neçə dəfə çıxılıb

3534Bəzən elə olur ki, ödəniş əməliyyatı həyata keçmir və biz onu bir neçə dəfə etmək məcburiyyətində oluruq. Belə olduqda, сhargeback-a ehtiyac olur. Bank öz səhvini tez bir zamanda başa düşüb pulu qaytaracaq.

Nə etmək lazımdır?

Banka müraciət edib pulunuzun qaytarılmasını tələb edin.

  1. Pul səhvən başqa bir şəxsə köçürüldü

Bir çoxlarımız artıq kart nömrəsi vasitəsi ilə pul köçürmə əməliyyatlarına öyrəşmişik. Lakin, kartın nömrəsini yığan zaman səhv etmək ehtimalımız olduqca yüksəlir. Belə ki, nömrənin yalnız bir rəqəmini səhv yığdıqda, pul başqa bir insanın şəxsi hesabına köçürülmüş olur.

Nə etmək lazımdır?

İlk öncə, banka müraciət edib pul köçürmə əməliyyatının ləğv edilməsini tələb etməyiniz lazımdır. Digər bir “xalq” üsulu isə ondan ibarətdir ki, öz hesabınızdan həmin şəxsin hesabına 1 azn məbləğində pul köçürürsünüz. Sonra isə mesajda pulu səhv ünvana köçürdüyünüz barədə məlumat və öz telefon nömrənizi yazırsınız. Həmin şəxs sizinlə əlaqə saxlasa, pulunuzu geri qaytarmaq ehtimalı var.

Əks halda, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz.

Nəzərinizdə saxlayın:

Böyük məbləği kartın nömrəsi ilə deyil, hesabın rekviziti vasitəsi ilə göndərin. Bu halda, bir rəqəm və ya hərif səhv etdiyiniz halda, pul sizə geri qaytarılacaqdır.

  1. Pul məhkəmə orqanları tərəfindən çıxarılıb

Şəxsi hesabınızdakı pul sizin xəbəriniz olmadan yalnız fırıldaqçılar tərəfindən deyil, eyni zamanda hakimiyyət orqanları tərəfindən çıxarıla bilər. Belə bir hal, ödənilməmiş vergilər, borclar, cərimələr və s. olduğu zaman baş verə bilər.

Nə etmək lazımdır?

Əgər dövlətə borclu olduğunuzu qəbul edirsinizsə, heç nə etmək lazım deyil. Pul səhvən hesabınızdan çıxarıldığı halda isə müvafiq ərizə ilə məhkəməyə müraciət etməlisiniz.

Nəzərinizdə saxlayın:

Çalışın bütün borcları-cərimə, vergilər və digər öhdəlikləri vaxtında ödəyəsiniz.

Son xəbərlər
Digər xəbərlər