Ölkədə daha çox korporativ biznes yönümlü “Bank Avrasiya” ASC istehlak kreditlərinə marağı daha çox artıb. Bankın istehlak kreditləri geridə qoyduğumuz 1-ci rübün əvvəli ilə müqayisədə sonu 2,5 dəfə böyüməklə 8 milyon 398,32 min manata yüksəlib.
Banker.az xəbər verir ki, bu barədə bankın 2020-ci ilin I rübü üzrə maliyyə hesabatında deyilir.
Hesabat dövrünün əvvəli isə bankın istehlak kreditlərinin həcmi 3 milyon 470,65 min manat idi.
Bank hökumətin son yarımillikdə bankların real sektora yönəlməsi ilə bağlı xəbərdarlıqlara rəğmən kommersiya bankı, əksinə, biznes kreditlərini 5%-ə qədər kiçiltməli olub ki, bu da 60 milyon 172,16 min manat olması deməkdir. Halbuki, bankın biznes kreditlərinə ilin əvvəlində yönəltdiyi kreditin həcmi 63 milyon 130,85 min manat təşkil edirdi.
Eyni hadisə bankın daşınmaz əmlak üzrə verdiyi kreditlərin həcmində də müşahidə edilib. 1 aprel 2020-ci il tarixinə nəzər salsaq 39 milyon 765,68 min manat olduğunu müşahidə edirik, bu rübün, eləcə də ilin ilk günündə 42 milyon 648,94 min manat təşkil etməkdə idi.
Məlumat üçün bildirək ki, “Bank Avrasiya” 2020-ci ilin yanvar-mart ayları ərzində 2 milyon 709,42 min manatlıq faiz gəliri əldə edib, burada, 2 milyon 230,94 min manatı müştərilərə verdiyi kreditlər üzrə faiz gəliri, 334,38 min manatı qiymətli kağızlar üzrə gəlirlərindən əldə edib.