“Bank VTB” törəmə bankı “Bank VTB (Azərbaycan)”a 300 mln. rubl (6,2 mln. manat) həcmində 7 illik subordinasiya krediti ayırıb.
Bu barədə Banker.az saytına bankdan məlumat daxil olub.
“Cəlb olunmuş vəsait bank “Bank VTB (Azərbaycan)”ın hər zaman baş ofisi tərəfindən dəstəkləndiyinin göstəricisidir. Məcmu kapitalın artırılması biznesin inkişaf templərini dəstəkləməyə və kreditləşmə imkanlarını artırmağa kömək edəcək”, – deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.