“Tovuz Baltiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Zaminbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, MMC vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılır.
Qeyd edək ki, “Zaminbank” 1992-ci ildən fəaliyyət göstərir.
“Tovuz Baltiya” şirkəti isə çaxır məmulatları istehsal edir.