Kapital Bank namizədləri Bank Məhsulları departamentində KOS (SME) məhsullarının yaradılması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Fiziki və hüquqi şəxs müştərilərlə aparılan əməliyyatlar ilə bağlı məhsulların, xidmətlərin və biznes proseslərin inkişafı və idarə olunması. Qeyd olan məhsulların və xidmətlərin rəqəmsal istiqamətdə daimi inkişafı. Müştərilərə təqdim olunan məhsulların və xidmətlərin inkişafını təmin etmək üçün bazarın araşdırmasını aparmaq. Məhsulların rəqəmsallaşdırılmasına iştirak etmək. Pərakəndə kredit, qeyri-kredit, plastik kart və KOS (SME) məhsullarının inkişafı komandası ilə qarşılıqlı əlaqə.
Öhdəliklər
- SME məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək
- Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanılması
- Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması
- Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə SME satış komandası və filiallarla daimi əlaqədə olmaq
- Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması
- SME məhsulları sahəsində biliklərin daimi inkişafı
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil
- Yüksək ünsiyyətqurma bacarıqları
- SME məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi
- SME məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır
- Maliyyə uçotu üzrə biliklər arzuolunandır
- Vergi qanunvericiliyi üzrə biliklər arzuolunandır
- Analitik düşünmə və riyazı təhlil qabiliyyəti
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi – arzuolunandır
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz