17 C
Baku
Monday, May 13, 2024

Bank Məhsulları Departamentində Rəqəmsal məhsullar üzrə mütəxəssis – Kapital Bank

Kapital Bank namizədləri Bank Məhsulları departamentində Rəqəmsal məhsullar üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Ümumi məlumat

Fiziki və hüquqi şəxs müştərilərlə aparılan əməliyyatlar ilə bağlı məhsulların, xidmətlərin və biznes proseslərin inkişafı və idarə olunması. Qeyd olan məhsulların və xidmətlərin rəqəmsal istiqamətdə daimi inkişafı. Müştərilərə təqdim olunan məhsulların və xidmətlərin inkişafını təmin etmək üçün bazarın araşdırmasını aparmaq. Məhsulların rəqəmsallaşdırılmasına iştirak etmək. Pərakəndə kredit, qeyri-kredit, plastik kart və KOS (SME) məhsullarının inkişafı komandası ilə qarşılıqlı əlaqə.

Öhdəliklər

  • Mövcud məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və rəqəmsallaşdırmaq
  • Məhsulların rəqəmsallaşdırılmasına dair təlimatların və prosedurların hazırlanması
  • Müştərilərin fəaliyyəti üzrə innovativ servislərin yaradılması
  • Mövcud məhsulların inkişafını təmin etmək və rəqəmsallaşdırmaq üçün bazar araşdırmalarının aparılması
  • Mövcud məhsulların rəqəmsal kanallara keçirilməsi ilə bağlı layihələrin idarə edilməsi
  • Fiziki və hüquqi şəxslərə təqdim olunan məhsullar sahəsində biliklərin daimi inkişafı

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil
  • Yüksək ünsiyyətqurma bacarıqları
  • Fiziki və hüquqi şəxslərə xidmət üzrə ən azı 6 aylıq iş təcrübəsi
  • İnnovativlik
  • Ödəniş kanalları barədə məlumatlı olmaq
  • Bankda mövcud olan applicationlar barədə məlumatlı olmaq (BirBank)
  • Maliyyə uçotu üzrə biliklər arzuolunandır
  • Qanunvericilikl üzrə biliklər arzuolunandır
  • Analitik düşünmə və riyazı təhlil qabiliyyəti
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi – arzuolunandır

Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər