Bankdan verilən məlumata görə, son günlər Bank Technique-nin rəhbərliyi ilə bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyildir.
Bankın bəyanatını diqqətinizə çatdırırıq:
Son günlər mətbuatda bir sıra informasiya resursları tərəfindən “Bank Technique” ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
Bankın adı KİV nümayəndələri tərəfindən “kütləvi həbslər” və “kredit qalmaqalı” adlandırılan yazılarda qərəzli şəkildə hallanır və bununla bağlı Bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və Bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib.