16 C
Baku
Wednesday, October 23, 2024

Bank metro stansiyasında tədbir keçirdi

Bu gün «Nərimanov» stansiyasının keçidlərində «Bakı Metropoliteni» QSC-nin «AtraBank»ASC ilə birlikdə təşkil etdiyi «Dünya rəssamları» sərgisi açılıb.

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətindən  verilən məlumat görə, sərgidə dünyanın ən məşhur rəssamlarının 85 rəsm əsərinin reproduksiyası nümayiş etdirilib.  Onlardan 15-i avtoportretdir. Ümumiyyətlə, 70 əsər nadir dünya sənət incisi hesab edilir. Stendlərin yerləşdirildiyi guşələrdə əsərlər və müəllifləri haqqında üç dildə (Azərbaycan, ingilis və rus) məlumat yerləşdirilib.

«Dünya rəssamları» sərgisinin keçirilməsində əsas məqsəd metro sərnişinlərini, eləcə də şəhərimizin sakinlərini və qonaqlarının diqqətini dünyanın təsviri sənət dahilərinin əsərlərinə bir daha yönəltməklə, cəmiyyətdə maarifləndirmə işini gücləndirmək, gənc nəsillərin, xüsusən azyaşlı uşaqları maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etməkdir.

Təqdimat mərasimində «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, «Dünya rəssamları» sərgisi 2016-cı il aprelin 15-nə kimi davam edəcək. Bu, «Bakı Metropoliteni»QSC-nin «MetroGallery» layihəsi çərçivəsində həyata keçirdiyi üçüncü belə sosial aksiyadır. Bundan əvvəl elə bu stansiyanın keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdu. «Gənclik» stansiyasında isə foto əsərlərdən ibarət sərgi hazırda davam edir.

Son xəbərlər
Digər xəbərlər