-1 C
Baku
Sunday, December 15, 2024

Bank müştərilərinin kredit hesabları artır, depozit hesabları azalır

Azərbaycanda bank hesablarının sayı bu il fevralın 1-nə 16 176 141 ədəd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatınada deyilir.

Hesabların 13 351 913-ü cari, 2 481 449-u kredit, 342 779-u depozit hesabları olub.

Bank hesablarının sayı aylıq müqayisədə 0,34% artıb. O cümlədən cari hesablarda 0,42% artım, kredit hesablarında 0,1% artım, depozit hesablarında isə 0,9% azalma müşahidə olunub. İllik müqayisədə isə bank hesablarının sayı 6,5% artıb. O cümlədən cari hesablarda 7,7% artım, kredit hesablarında 2,2% artım, depozit hesablarında isə 7,7% azalma qeydə alınıb.

Xatırladaq ki, bu il fevralın 1-nə əsasən ölkədə 5 815 178 nəfər bank müştərisi olub. Başqa sözlə, ölkədə 1 bank müştərisinı orta hesabla 2,78 bank hesabı düşür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər