7 C
Baku
Thursday, December 12, 2024

“Bank of America” ABŞ-da yumşaq resessiya proqnozlaşdırır

“Bank of America” ABŞ-ın bu ilin üçüncü və dördüncü, eləcə də gələn ilin birinci rübündə mülayim resessiya ilə üzləşəcəyini proqnozlaşdırır. Bu barədə bazar günü bankın rəhbəri Brayan Moynihan “CBS” televiziyasına müsahibəsində bildirib.

“Keçən ilin sonunda biz bu il tənəzzülü proqnozlaşdırırdıq. İndi biz proqnozlarımızı sonrakı tarixə təxirə saldıq. Əslində bu, mülayim tənəzzüldür. Gələn ilin birinci rübündə işsizlik 4%-ə yüksələcək ki, bu da tarixi standartlara görə hələ də çox aşağıdır”, – mesajda deyilir.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Mayın əvvəlində ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel bildirmişdi ki, ölkədə mülayim resessiya ehtimalı istisna edilmir, lakin bunun qarşısını almaq şansları yüksəkdir. Bundan əvvəl tənzimləyici bildirib ki, bank böhranının nəticələrinin bu il ABŞ iqtisadiyyatında tənəzzülə səbəb ola biləcəyi ehtimalı var.

Son xəbərlər
Digər xəbərlər