9 C
Baku
Sunday, December 22, 2024

“Bank of America” dolların indeksi ilə bağlı “geriçəkilmə” proqnoz edir

ABŞ-nin nüfuzlu bankı “Bank of America” dollarda ralinin tempi yavaşlayacağını proqnoz edir.

Banker.az xəbər verir ki, BoA ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında ölçülən indeksi DXY-nin 105.5-104.8 səviyyələrinə mümkün bir geri çəkilmə ola biləcəyinə eyham vurub.

Bank hesab edir ki, dollar indeksi son iki ilin diapazonunun yuxarı sərhədinə qədər yüksəlib və 2023-cü ilin maksimumlarına yaxınlaşıb. 13 noyabrda yüksəliş trendinin tükənmə nöqtəsi qeydə alınıb.

Texniki analizdə istifadə edilən 14 günlük nisbi güc indeksi RSI göstəricisi “həddindən artıq alınma” (overbought) zonasında yerləşir.

Bu faktorların cəmi göstərir ki, DXY-nin rallisi yaxın həftələrdə trend səviyyələrinə doğru ehtimal olunan bir korreksiya ilə dayana bilər.

Bank qeyd edir ki, yüksəliş trendi davam edəcək, əgər DXY 103.4 səviyyəsindən yuxarı qalarsa, potensial olaraq 109-a qədər arta bilər.

 

Son xəbərlər
Digər xəbərlər