15 C
Baku
Friday, March 29, 2024

Bank of Azerbaijan Gəncədə ünvanını dəyişdi

Xidmət şəbəkəsinin optimallaşdırılmasının davamı olaraq “Bank of Azerbaijan “ ASC – nin “Gəncə filialı” artıq yeni ünvanda, Gəncə şəhəri, Xətai prospekti 52A ünvanında fəaliyyət göstərəcəkdir. Xatırladaq ki, 2010-cu ildən fəaliyyət göstərən “Gəncə filialı” həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmətlərini, o cümlədən əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemi ilə əməliyyatlar, 24 saat ərzində ATM vasitəsi ilə nağd pulun çıxarılması, valyuta mübadiləsi və s. xidmətləri təklif edir.

Bankın yeni ofisi iş günləri saat 09:00-dan 21:00-dək müştərilərinə xidmət göstərəcəkdir.

Son xəbərlər
Digər xəbərlər