“Bank of Azerbaijan” ilə “Gəncəbank”ın əmanətçilərinə ümumilikdə 23 milyon 175 min manat kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib ki, kompensasiyanın 22 milyon 500 min manatı “Bank of Azerbaijan”ın, 675 min manatı isə “Gəncəbank”ın əmanətçilərinə ödənilib.
Qorunan əmanətçilər ərizə formalarını fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, “Bank of Azerbaijan”ın və “Gəncəbank”ın, eləcə də agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
©Azertag