12 C
Baku
Wednesday, December 11, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Bank of Baku” Bolkart Debet kartının şərtlərinə dəyişiklik edib

“Bank of Baku” Bolkart Debet kartının şərtlərinə dəyişiklik edib

0
“Bank of Baku” Bolkart Debet kartının şərtlərinə dəyişiklik edib

Banker.az əldə etdiyi məlumata görə, Bank of Baku n “Bolkart Debet” kartlarının şərtlərinə dəyişiklik edib. Dəyişiklikləri aşağıda diqqətinizə çatdırırıq:

Kartın müddəti

Bolkart Ailə və Bolkart Gənc – 1il/2il/3il

Bolkart Gold – 2il / 3 il

Qeyd: Öncəki şərtlərə əsasən hər 3 kart üzrə müddət 2 il təşkil edirdi.

Kartın qiyməti

Kartın növü Kartın müddəti Köhnə şərtlər Yeni şərtlər
Bolkart Gənc 1 il 7 AZN
2 il 15 AZN 12 AZN
3 il 16 AZN
Bolkart Ailə 1 il 8 AZN
2 il 25 AZN 14 AZN
3 il 18 AZN
Bolkart Gold 2 il 50 AZN 50 AZN
3 il 50 AZN

 

Kartı pulsuz əldə etmək imkanı

Kartın növü Kartın müddəti Pulsuz kart əldə etmək üçün minimal mədaxil
Bolkart Gənc 1 il 150 AZN/USD/EUR
Bolkart Ailə 1 il 300 AZN/USD/EUR
Bolkart Gold 1 il 1000 AZN/USD/EUR


Qeydlər:

  1. Köhnə şərtlərdə kartı pulsuz əldə etmək imkanı mövcud deyildi.
  2. Bolkart Debet kartları vasitəsilə Bank of Baku ATM və POS-larında nağdlaşma komissiyası olmadığı üçün, kartı pulsuz əldə etmək məqsədilə daxil etdiyiniz vəsaiti heç bir komissiya ödəmədən nağdlaşdıra bilərsiniz.

Karta hədiyyə bonusun yüklənməsi

Bu üstünlük yalnız 2 il və 3 il müddətinə Bolkart Gold kartını ödənişli əldə edən müştərilərə verilir. Belə ki, müvafiq müddətlərə kartı əldə edən müştərilər kartın qiymətinin 50%-i həcmində hədiyyə BAL əldə edirlər. Qazanılmış 25 BAL Bank of Baku pos-terminalları vasitəsilə mal və xidmətlərin istehlak edilməsi zamanı xərclənə bilər. İstifadə zamanı 1 BAL = 1 Manat kimi nəzərə alınır.

Kartdakı qalıq vəsaitə % hesablanması

Bolkart Debet kartlarına tətbiq edilən digər bir üstünlük isə kartdakı qalıq vəsaitə faiz hesablanmasıdır. Dolayısı yolla bu üstünlük Bolkart Debet kartını həm də depozit kartı kimi təqdim etməyə əsas verir. Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gəlir əldə edirlər. Qeyd etmək istərdik ki, bu üstünlük yalnız AZN valyutasında olan kartlar üzrə keçərlidir.