Bank of Baku-da təyinat olub

Banker.az xəbər verir ki, Sənan Həsənov Arif oğlu Bank of Baku-nun Problemli kreditlər departamentinin direktoru vəzifəsinə təyin olunub.

O, 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini 2006-2008-ci illərdə sözügedən universitetdə magistr dərəcəsi üzrə davam etdirib.

Peşəkar karyerasına 2007-ci ildə Bank of Baku-da başlayıb. 2011-ci ildə bankın filialında mikrokreditlər bölməsinin rəhbəri vəzifəsini icra edib. 2018-ci ildən 2024-cü ilədək Bank of Baku-nun müxtəlif filiallarında filial direktorunun müavini olaraq çalışıb.

Sənan Həsənov Problemli kreditlər departamentinə direktor olaraq təyinatından öncə eyniadlı departamentdə direktor müavini olaraq fəaliyyət göstərib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər