®Bank of Baku “Təbiətə Yaxın Bankçılıq” şüarı ilə həyata keçirdiyi yaşıl təşəbbüslərinə davam edir.
Bank 24 aprel tarixində Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan aksiyada iştirak edib. Bank of Baku-nun rəhbər şəxsləri və əməkdaşlarının qatıldığı aksiyada müvafiq ərazinin torpaq-iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilib.
Xatırladaq ki, 2023-cü ildən bəri hər il baş tutan bu aksiya 10 il ərzində 1 milyon ağacın təbiətə bəxş edilməsini hədəfləyir.
Tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bank, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan memorandum çərçivəsində keçirilir.
Qeyd edək ki, Bank of Baku Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasında ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi saxlayır və yaşıl ekosistemin bərpasına yönəlmiş layihələrdə fəal iştirakını davam etdirir.
Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq mümkündür.
Daha ətraflı:
145 Məlumat Mərkəzi














