9 C
Baku
Thursday, December 12, 2024

“Bank of Baku”-dan sadiq müştərilər üçün güzəştli kredit kampaniyası: “Dostlara böyük endirim!”

“Bank of Baku” özünün daimi kredit müştəriləri olan “Dostlar Klubu”-nun üzvləri (bankla ən azı 12 ay əməkdaşlıq edən və müsbət tarixçəyə malik olan “Dostlar Klubu” kartının sahibləri) üçün “Dostlara böyük endirim” nağd kredit kampaniyası elan edir.Kampaniyanın əsas üstünlüyü müştəriyə iki kredit güzəştindən birini seçmək imkanının verilməsindən ibarətdir:

  • Nağd kredit  rəsmiləşdirildikdə illik faiz dərəcəsində 5% endirim
  • Nağd kredit rəsmiləşdirildikdə komissiyada 50% endirim

Qeyd. Komissiya haqqında endirim seçimi edildikdə, “Dostlar Klubu” bonusu endirim məbəği qədər azaldılır.

Banka iş yerindən arayış (maaş kartı hesabından rəsmi çıxarış və ya gəlirlərini təsdiq edən digər sənədlər)  və şəxsiyyət vəsiqəsilə müraciət edən  “Dostlar Klubu”-nun üzvləri bu endirimin birindən faydalana bilər.

“Dostlar klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar təqdim edən klubdur.Kluba üzv olanlar xüsusi bonuslar əldə edərək sərfəli faizlə nağd kredit əldə edir,təcili hallar üçün ekspress kredit xəttindən faydalanır, pulsuz mobil telefon danışığı hüququndan istifadə edir və s.

“Bank of Baku” ilə əməkdaşlıq müddəti 12 aydan 35 aya qədər dövrü əhatə edən müştəriyə – Gümüş, 36-59 ay arası – Qızıl, 60 aydan artıq müddətli müştəriyə isə Brilliant kart təqdim edilir.

İki il öncə təsis edilən “Dostlar Klubu”-nda hazırda  160.000-dən çox “Bank of Baku”-nun müştərisi təmsil olunur. “Dostlar Klubu” Azərbaycanda sadiq müştərilər üçün ilk və yeganə imtiyazlar klubudur.

Daha ətraflı məlumat üçün:

  • 145-ə zəng edin
Son xəbərlər
Digər xəbərlər