9 C
Baku
Friday, December 13, 2024

“Bank of Baku”-nun depozit portfelində dəyişiklik olub

Son üç ayda fiziki şəxslərin depozitləriinin bir hissəsinin “Bank of Baku” ASC-dən çıxarıldığı müşahidə edilir.

Banker.az xəbər verir ki, bankın öhdəliklərində olan fiziki şəxs depozitlərinin həcmi ilin əvvəli 221.66 mln. manat olduğu halda, 1 aprel tarixinə 219.51 milyon manata düşüb.

Bu da bir rüb ərzində fiziki şəxslərin depozitlərinin 2.15 mln. manat, yaxud 1% azalması deməkdir.

Depozitlərin ümumi həcmi 249.28 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 2.1 mln manat və ya 0.8% artımdır. Ümumi depozit portfelinin artımına səbəb hüquqi şəxslərin depozitlərinin 4.25 mln manat, yaxud 16% artmasıdır.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52.9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding” şirkətinə, 31.1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28.9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

21312 4e3

Son xəbərlər
Digər xəbərlər