7 C
Baku
Thursday, December 12, 2024

“Bank of Baku”da yeni təyinat olub

«Bank of Baku»da yeni təyinat olub. Amid Qənbərov bankın partnyorlarla iş və alternativ satış departamentinə yeni direktor təyin olunub. Məlumat üçün bildirək ki, Amid Qənbərov 13 ildən çoxdur ki, “Bank of Baku”da çalışır, son 6 ildə isə Bankın Nefçilər filialının direktoru vəzifəsini icra edib.

«Bank of Baku»dan bildirilib ki, təyinat bankda aparılan struktur dəyişiklikləri çərçivəsində baş verib. Bu dəyişikliklər zamanı bəzi departamentlərin funksiyaları və fəaliyyət istiqamətlərinə yeniən baxılıb.

Amid Qənbərovun yerinə isə Neftçilər filialına Rüfət Məmmədov təyin edilib. O da bankın öz yetirməsidir, bankda 2006-cı ildən işləyir və  2013-cü ildən etbarən «Bank of Baku»nun müxtəlif filiallarında direktor kimi çalışıb.

©Fins.az

Son xəbərlər
Digər xəbərlər