“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının yığıncağında qərar qəbul edilib.
Ülvi Yusifov bankın İdarə Heyətinin üzvü seçilib. O, həmçinin bankın İdarə Heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı vəzifələrinə də təyin olunub.
2008-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında iş fəaliyyətinə başlayan Ü. Yusifov daha sonra bank sektorunda müxtəlif sahələrdə çalışıb.
2017-ci ilin martından Bank of Baku-nun Risklərin idarə edilməsi departamentinin direktoru,
2021-ci ilin iyunundan yeni təyinatına qədər isə Strateji idarəetmə departamentinin direktoru vəzifəsini icra edib.
Qeyd edək ki, o, 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti maliyyə və kredit üzrə bakalavr, 2008-2010-ci illərdə Qafqaz Universitetində maliyyə və kredit üzrə magistr, 2011-2012-ci illərdə ABŞ-ın Villiams Kollecində iqtisadi siyasət üzrə magistr, 2019-2022-ci illərdə ABŞ-ın Harvard Universitetində menecment üzrə magistr dərəcəsi alıb.