6 C
Baku
Saturday, December 14, 2024

“Bank of Baku”nun sədr müavini vəzifəsindən ayrılıb

“Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavinlərindən biri istefa verib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, istefa verən sədr müavini İbrahimov Əli Qəməddin oğludur.

Bankdan bildirilir ki, o bu vəzifədə öz istəyi ilə istefa verib.

O, “Bank of Baku”da 2017-ci ilin aprelindən sədr müavini kimi çalışırdı.

Bankın hazırda İdarə Heyətində sədrlə bərabər bir üzv (Quliyev Həsən Cəfər oğlu) var.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52.9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding” şirkətinə, 31.1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər