Bank olmayan kredit təşkilatı “İDK”ya yeni direktor təyin edilib

“Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin vakant qalan direktor vəzifəsinə yenit təyinat olub.

Banker.az xəbər verir ki, MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Elçin Həsənov Elxan oğlu direktor təyin edilib.

2023-cü ilin dekabrından kredit təşkilatına rəhbərlik edən Fatimə Nuri Məmmədbağır qızı yaxın günlərdə vəzifəsindən ayrılmışdı və müvafiq vəzifə vakant idi.

Hazırda BOKT-nin Müşahidə Şurasının sədriƏliyar Əsgərov Əsgər oğlu, üzvləri isə Elçin Şirinov Barat oğlu və Azər Namazov Veysəl oğludur.

Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb və 898 000 manat nizamnamə kapitalı var. BOKT-un təsisçisi 100 % Əliyar Əsgərovdur.

Bu il yanvarın 1-nə İDK-nın aktivləri 1 milyon 59 min manat olub ki, bu da illik müqayisədə 27,4 % azdır. Bunun 705 min manatı müştərilərə verilmiş kreditlərdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər